525.Az

Bakıda məktəbdə yoluxucu xəstəlik aşkarlandı


 

Bakıda məktəbdə yoluxucu xəstəlik aşkarlandı<b style="color:red"></b> Bakının 70 saylı məktəb-liseyində şagirdlər arasında yoluxucu xəstəlik yayılıb.

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı bildirib ki, bu hadisə ötən həftə baş verib: “Məktəb rəhbərliyi ilə əlaqə saxladım, onlar da təsdiqlədilər ki, belə bir hadisə baş verib. Belə ki yanvarın 7-də tətildən qayıdan 1 sinfin dörd şagirdində suçiçəyi aşkarlanıb. Onlar da digər iki şagirdi bu xəstəliyə yoluxdurub”.
 
Təhsil İdarəsinin sektor müdiri onu da qeyd edib ki, bundan sonra məktəb rəhbərliyi rayon sanitar-epidemiya mərkəzinə xəbər verib və məktəbin həmin sinfində dezinfeksiya işləri həyata keçirilib. “Həmin altı şagird evlərinə buraxılıb və ev şəraitində müalicə olunurlar” - deyə, Z. Əliqızı əlavə edib.
 
Qeyd edək ki, adıçəkilən liseydə təhsil alan şagirdin valideynlərindən birinin Lent.az-a verdiyi məlumatda isə qeyd olunur ki, məktəbdə təhsil alan şagirdlər arasında bu xəstəliyə yoluxanların sayı daha çoxdur.
 





14.01.2013    çap et  çap et