525.Az

Polis maşını avtobusla toqquşdu, yaralılar var - Foto


 

Polis maşını avtobusla toqquşdu, yaralılar var - <b style="color:red">Foto</b>

Gəncə şəhərində Heydər Əliyev prospekti ilə Xanlar küşəsinin kəsişməsində yol qəzası baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə şəhər şöbəsinin 90 AL 134 dövlət nömrə nişanlı post-patrul maşını 20 CJ 354 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobusla toqquşub.

Nəticədə xəsarət almış polislər - 28 yaşlı Səxavət Nağı oğlu Nəsibov və 24 yaşlı Elşən Məcid oğlu Əsədov xəstəxanaya aparılıb. Mikroavtobusun sürücüsü isə qaza zamanı ərazidən qaçıb.

Hazırda hər iki xəstə müşahidə altındadır.

 





15.01.2013    çap et  çap et