525.Az

"Əliyev-Sarkisyan görüşü dekabrın əvvəlində baş tuta bilər"


 

"Əliyev-Sarkisyan görüşü dekabrın əvvəlində baş tuta bilər"<b style="color:red"></b>

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü dekabrın əvvəlində keçirilə bilər.
 
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın hakim Respublika Partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib.

Onun sözlərinə görə, prezidentlərin görüşü yaxın həftələrdə keçiriləcək.

"Hesab edirəm ki, İlham Əliyev-Serj Sarkisyan görüşü dekabrın əvvəlində baş tuta bilər. Görüşün dəqiq vaxtı və yeri barədə isə prezident aparatı əlavə məlumat veriləcək", - deyə Şarmazanov qeyd edib.

Prezidentlərin son görüşü 2014-cü il oktyabrın 27-də Parisdə baş tutmuşdu.

 





19.11.2015    çap et  çap et