525.Az

Azərbaycanın Los Ancelesdəki baş konsulu Kaliforniya Senatında çıxış edib- Video


 

Azərbaycanın Los Ancelesdəki baş konsulu Kaliforniya Senatında çıxış edib- <b style="color:red">Video</b>

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyanın ali qanunverici orqanı olan Kaliforniya Ştat Senatının plenar sessiyasında çıxış edib.

Baş Konsulluqdan APA-ya verilən məlumata görə, bu münasibətlə Senatın plenar iclas zalında Azərbaycan bayrağı dalğalandırılıb.
 
Əvvəlcə Senatın respublikaçılar fraksiyasının rəhbəri Bob Haff çıxış edərək, N.Ağayevi senatorlara təqdim edib. B.Haff Azərbaycanın ABŞ-ın güclü müttəfiqi olduğunu və Kaliforniya ilə möhkəm münasibətlərin qurulması istiqamətində səylər göstərdiyini bildirib.
 
N.Ağayev çıxışında Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən, Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi nailiyyətlərdən, regionda oynadığı önəmli roldan bəhs edib, Azərbaycanda müxtəlif dinlərin və millətlərin dinc yaşayıb inkişaf etdiyi cəmiyyətin qurulduğunu vurğulayıb. Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinə toxunan baş konsul hər iki ölkənin ümumi dəyərləri, maraqları və gələcəyə baxışları bölüşdüyünü bildirib, Xəzər hövzəsi kimi önəmli bir bölgədə Azərbaycanın ABŞ-ın etibarlı və mühüm tərəfdaşı olduğunu qeyd edib. O, Azərbaycanın Kaliforniya ilə bütün sahələrdə münasibətləri inkişaf etdirmək əzmində olduğunu bildirib və bu sahədə ştat senatorları ilə əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırıb.
 
Tədbir çərçivəsində N.Ağayev həmçinin Kaliforniya Şenatının sədri Darrell Staynberq ilə görüşüb.
 

 





15.01.2013    çap et  çap et