525.Az

Sabiroğlu qardaşlarına ağır itki üz verdi


 

Sabiroğlu qardaşlarına ağır itki üz verdi<b style="color:red"></b>

Ölkənin tanınmış jurnalistləri Hikmət Sabiroğlu və Nazim Sabiroğlu qardaşlarına ağır itki üz verib. Bu gün səhər saatlarında onların anası Südabə xanım vəfat edib.

Musavat.com-un məlumatına görə, bütün həyatını doğma Şuşa şəhərində yaşayan Südabə Abbasova son 20 ildə məcburən Bakıda məskunlaşmışdı. Onun səhhətində problemlər olsa da, bu səhər halı qəflətən pisləşib və təcili tibbi yardım briqadası çağrılana qədər dünyasını dəyişib.

"525-ci qəzet"in kollektivi Sabiroğlu qadaşlarına, bu itkidən kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verir. 

 





15.01.2013    çap et  çap et