525.Az

İranda zəlzələ bölgəsinə yardım aparan 15 azərbaycanlı həbs edilib


 

İranda zəlzələ bölgəsinə yardım aparan 15 azərbaycanlı həbs edilib<b style="color:red"></b>

İranın Şərqi Azərbaycan vilayətindəki zəlzələ bölgəsinə yardım apararkən həbs edilən azərbaycanlı fəallara hökm oxunub.

APA-nın məlumatına görə, Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə edilən Hüseyin Rövnəqi Məliki 2 il , Bəhriz Ələvi  2 il 3 ay, Həmidrza  Musəbian 2 il 6 ay, Vahid Hulusi 2 il, Bəhnam Şucai 2 il həbs cəzasına məhkum edilib. Fərid Ruhani, Həsən Rövnəqi Məliki, Şayan Vəhdəti, Murtəza İsmayılpur, Məhəmməd Ərcməndirad, Məhəmməd İsmayıl Salmanpur, Məhəmməd Əmin Salehi, Möhsün Samei, Milad Pənahipur və Əmir Runasi isə 6 ay azadlıqdan məhrum ediliblər.
 
Məhkəmə Nəvid Xancani barədə hələlik qərar çıxarmayıb. Bu azərbaycanlı fəallar hökumət əleyhinə təbliğat aparmaqda və dövlətin təhlükəsizliyinə qarşı fəaliyyət göstərməkdə təqdirləndiriliblər.
 
Qeyd edək ki, mühakimə edilən azərbaycanlı fəallar 2012-ci il sentyabr ayında zəlzələ bölgəsinə yardım apardıqları üçün İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən  həbs ediliblər. Daha əvvəl onlara qarşı irəli sürülən ittihamlardan biri zəlzələdən zərərçəkənlərə istifadə müddəti bitmiş və keyfiyyətsiz ərzaq paylamaq olub. Lakin iddiaçılar məhkəmə prosesində bu ittihamı təsdiq edən dəlil təqdim edə bilməyiblər.

 





15.01.2013    çap et  çap et