525.Az

Lider TV “Bank Standart”ı məhkəmədə uddu


 

Lider TV “Bank Standart”ı məhkəmədə uddu<b style="color:red"></b> Bakı Apelyasiya Məhkəməsində “Lider TV və Radio-Azərbaycan” MMC “Bank Standart” QSC arasında məhkəmə mübahisəsinə baxılıb.
 
Lent.az-ın məlumatına görə, məhkəmənin qərarı MMC-nin xeyrinə olub: əvvəlki məhkəmə qərarını qüvvədə saxlanılıb.

Qeyd edək ki, bu iş üzrə məhkəmə prosesləri uzun müddətdir davam edir. Belə ki, media-holdinq banka qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ilə çıxış edib (iddianın məbləği açıqlanmır). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Bakı Apelyasiya Məhkəməsi müvafiq məhkəmə aktını qüvvədə saxlayıb. Ali Məhkəmə işi yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarıb
 





15.01.2013    çap et  çap et