525.Az

Sabaha yağmursuz hava proqnozlaşdırılır


 

Sabaha yağmursuz hava proqnozlaşdırılır<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında yanvarın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 1-3, gündüz 6-11 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında yanvarın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir

 





15.01.2013    çap et  çap et