525.Az

Dünyanın ən varlı 400 adamı


 

Dünyanın ən varlı 400 adamı

Amerikanın məşhur maliyyə dərgisi "Forbes" 2012-ci ilin ən varlı 400 adamının siyahısını açıqlayıb.

Siyahıya 66 milyard dollarlıq sərvətilə Bill Qeyts başçılıq edir. İkinci yerin dəyişməz sahibi Varren Buffet də yerini qoruyur. Üçüncü yerin sahibi isə "Oracle Corp"un sahibi Larri Ellison olub.

Amerikanın ən zəngin biznesmenləri əvvəlki illə müqayisədə sərvətlərini artırıblar. Siyahıda 6, 7, 8 və 9-cu yerləri amerikalı Valmart ailəsinin üzvləri tutub. Bu ailənin üzvü olan Kristi Valton 27,9 milyard dollarlıq sərvətiylə siyahıda altıncı yeri tutub və Amerikanın ən zəngin iş qadını olub.

Uzun müddətdir Nyu-York ştatının bələdiyyə başqanı olan Maykl Bloomberq 25 milyard dollarla Amerikanın 10-cu ən varlı adamı olub.

"Google İnc." firmasının qurucusu Sergey Brin 20,3 milyard dollarlıq sərvətilə siyahıda 13-cü yeri tutub. "Facebook"un qurucusu Mark Zükeberq isə 9,4 milyard dollarla 36-cı yerdə qərar tutub. Zükeberqin sərvətinin məşhur ingilis işadamı Rupert Merdokun sərvətilə eynidir.

Məşhur aparıcı Opra Uinfri 2,7 milyard dollarla siyahıda 151-ci yerdədir. Dünyanın 400-cü ən varlı adamı isə 1,1 milyard dollara sahib olan ohayolu əmlakçı qadın Denis Yorkdur.

 





20.09.2012    çap et  çap et