525.Az

Seyid Camal Əzimbəyli Türkiyə səfiri ilə görüşdü


 

Seyid Camal Əzimbəyli Türkiyə səfiri ilə görüşdü <b style="color:red"></b>

Bu gün Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyük Elçiliyində səfir İsmail Alper Coşqun Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəylini qəbul edib.

525.az-ın məlumatına görə, görüşdə C.Əzimbəyli Azərbaycanda olan dini tolerantlıq, bu sahədə aparılan işlər barədə geniş məlumat verib. O, həmçinin Qarabağ problemi və onun həlli istiqamətində qardaş Türkiyənin ölkəmizə verdiyi dəstək barədə danışıb. Eləcə də, görüşdə C.Əzimbəyli İsmail Alper Coşquna ölkəmizdə yeni fəaliyyət başlaması səbəbilə işlərində uğurlar arzulayıb. 

Görüşdə səfir İsmail Alper Coşqun öz növbəsində diplomatik fəaliyyətini Azərbaycanda davam etdirməkdən məmnunluğunu ifadə edib. O, Azərbaycan-Türkiyə əlaqələrinin hər sahədə dinamik inkişaf etdiyini deyib. Dipolmat Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunaraq qeyd edib ki, Türkiyə dövləti hər zaman Azərbaycan torpaqlarının bütövlüyünü dəstəkləyib və münaqişənin həllində bütün imkanlardan maksimum istifadə edib. Səfir həmçinin qeyd edib ki, Azərbaycanda dövlətə bağlı ziyalılarla görüşlərin keçirilməsinin məqsədi də iki ölkə arasında əlaqələrin geniş şəkildə inkişafına töhvə verəcək.

BƏXTİYAR

 





15.01.2013    çap et  çap et