525.Az

"Böyük səhnə" telelayihəsi başlayır


 

"Böyük səhnə" telelayihəsi başlayır <b style="color:red"></b>

“Böyük səhnə” Beynəlxalq vokal telelayihəsinin kastinqinə start verildi

Lənkəranda “Böyük səhnə” Beynəlxalq vokal telelayihəsinin kastinqinə start verildi. Bu barədə Ukraynanın Euromedia şirkətinin PR direktoru Tatyana Bokşa məlumat verib.

Yaxın rayonlardanda iştirak etmək istəyən bir çox insanlar layihəyə qatılıblar. Kastinqin ulduz münsiflər heyəti və beynəlxalq çəkiliş komandası havadan minlərlə kilometri və Azərbaycan yollarında yüz kilometrləri qət etdilər. Və “Böyük səhnə” şousunun avtobusu kastinqin ilk şəhəri – qonaqpərvər Lənkərana daxil oldu.

Evanescence, Selin Dion, Niyaməddin Musayev, Teymur Əmrah, Dima Bilan, Co Dassen, Röya və başqa müğənnilərin mahnıları kastinqin iştirakçıları tərəfindən ifa edilib.

Lənkəranlılar arasında kastinqin nəticəsinə görə kim böyük səhnəyə ilk addım atdı? Tezliklə hamı biləcək! Tamaşaçılar layihənin kastinqi və superkastinqini efir məkanında Yanvarın 25 və 26-da saat 20.00-da ATV telekanalında izləyə bilərlər.

GÜNEL

 

 





15.01.2013    çap et  çap et