525.Az

Anarın "Göz muncuğu" polyak dilində


 

Anarın "Göz muncuğu" polyak dilində <b style="color:red"></b>

Anarın “Göz muncuğu” (“Oko proroka”) kitabı Polşada “ATUT” (Vroslav) nəşriyyatında nəşr olunub.

525.az-ın məlumatına görə “Göz muncuğu” povesti və “Qırmızı limuzin” hekayəsinin daxil olunduğu kitab “Şərq modernizmi” seriyasında nəşr olunub.

Kitab Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Azərbaycan ədəbiyyatını xaricdə təbliği” istiqamətində gördüyü son uğurlu işlərdən biri kimi ərsəyə gəlib.
 
Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu bildirib ki, “Göz muncuğu” povesti son illərdə ən çox dartışılan və müzakirə edilən, hətta Anar münasibətdə laqeyd münasibət sərgiləyən ədəbiyyat adamları tərəfindən də təqdir edilən bir əsərdir:

“Fikrimcə “Göz muncuğu” ciddi ədəbi hadisədir. Povesti İlahə Kərimova Mərkəzin sifarişi ilə polyak dilinə çevirib".
 
Kitaba giriş sözünü tanınmış ədəbiyyatşünas alim, tərcüməçi Cavanşir Yusifli yazıb. Bundan başqa kitabda tanınmış polyak yazıçısı-publisisti Martin Bradkenin də əsər barədə qısa yazısı yer alıb.
 
Kitabın redaktoru Helena Samosiej, naşiri Vitold Podedvornıdır.

 





23.11.2015    çap et  çap et