525.Az

Gürcüstanın Azərbaycandakı səfiri dəyişdirilə bilər


 

Gürcüstanın Azərbaycandakı səfiri dəyişdirilə bilər<b style="color:red"></b>

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze ölkənin bir sıra dövlətlərdəki səfirlərinin vəzifədən çıxarılması xahişi ilə prezident Mixail Saakaşviliyə müraciət edib.

 APA-nın Gürcüstan prezident administrasiyasına istinadən verdiyi məlumata görə, siyahıda Azərbaycandakı səfir Teymuraz Şaraşenidzenin də adı var. Nazir Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya, Almaniya, Bolqarıstan, Litva, Qazaxıstan və Çindəki səfirlərin, eləcə də BMT, Avropa Birliyi və Avropa Şurasındakı daimi nümayəndələrin dəyişdirilməsini istəyir.    
 
M. Pancikidze bildirib ki, xahişi təmin olunan kimi dərhal yeni səfirlər təqdim olunacaq. Bundan başqa, səlahiyyət müddəti bitən bir sıra səfirlər də dəyişdiriləcək.
 
Gürcüstan Konstitusiyasına əsasən səfirlər xarici işlər nazirinin müvafiq müraciəti ilə prezident tərəfindən vəzifədən uzaqlaşdırılır. Yeni səfirlər nazirin təqdimatı ilə prezident tərəfindən parlamentin təsdiqinə verilir.

 





15.01.2013    çap et  çap et