525.Az

“Folklorçular” İctimai Birliyindən yeni layihə


 

“Folklorçular” İctimai Birliyindən yeni layihə <b style="color:red"></b>

“Folklorçular” İctimai Birliyi Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu ilə birgə 2015-ci ildə Azərbaycanın Qarabağ bölgəsində yerləşən və Qarabağdan qaçqın düşmüş vətəndaşlarımızın məskunlaşdığı qaçqın şəhərciyində orta məktəblilər arasında “Folklorun dövlətçiliyin, milli ideoloji əsasların möhkəmləndirilməsində rolu” mövzusunda Qarabağ bölgəsində və Bakıda orta ümumtəhsil məktəblərində seminarların keçirilməsi mövzusunda layihə həyata keçirir.

Birlikdən 525.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib.

Layihə çərçivəsində “Folklorçular” İctimai Birliyinin və AMEA Folklor İnstitutunun əməkdaşları orta məktəblərdə Azərbaycan şifahi xalq ədəbiyyatı, vətənpərvərlik, dövlətçilik ideyaları haqqında gənclərə və yeniyetmələrə məlumat verir.

Təşkilat artıq Xocavənd (Salatın kənd orta məktəbində) və Beyləqan (Beyləqan şəhər liseyində) rayonlarında bu fəaliyyəti həyata keçirib.

Növbəti addım kimi təşkilat Cəbrayıl-Laçın qaçqınlarının məskunlaşdıqları Biləsuvar rayonunun ərazisindəki 11 qəsəbədə və Bakı şəhərində yerləşən 2 təhsil müəssiəsində bu tədbirləri həyata keçirəcək.

Belə tədbirlərdən biri bu gün 23 noyabr 2015-ci il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində həyata keçirilib. Tədbirdə Universitetin müəllim və tələbə kollektivi ilə yanaşı AMEA Folklor İnstitutunun alimləri də iştirak ediib.
 
Tədbirdə tələbələrə Azərbaycan folkloru, Azərbaycan folklorunda dövlətçilik ənənələri, vətənpərvərlik haqqında məlumat verilib.
 
Eyni zamanda bu gün folklorla turizmin bağlılığı, bu sahədə birgə atıla biləcək addımlar da müzakirə olunub.
 
Tədbirin sonunda aktiv iştirakçılara sertifikatlar təqdim edilib.

Cavid ŞÜKÜROV

 





23.11.2015    çap et  çap et