525.Az

Daşkənddə Bəxtiyar Vahabzadənin yubileyi qeyd olunacaq


 

Daşkənddə Bəxtiyar Vahabzadənin yubileyi qeyd olunacaq<b style="color:red"></b>

Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti (ÖADC) ilə birgə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetdəki Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində Xalq Şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi ilə bağlı yubiley tədbiri keçirəcək.

Noyabrın sonunda keçirilməsi planlaşdırılan tədbirdə səfirliyimizin birinci katibi, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Özbəkistanın Xalq Şairi Camal Kamal, ÖADC-nin icraçı direktoru Erkin Nuriddinov, şair, tərcüməçi Usman Kuçkar, professor Bakidcan Toxliyev, Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzinin direktoru Nəsrəddin Məhəmmədiyev və bu təhsil ocağının dosenti Gülbahar Aşurova Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında məlumat verəcəklər.

Universitetin tələbələri böyük şairin poeziyasından nümunələr səsləndirəcək, onun əsərləri əsasında hazırlanmış səhnəciklər göstərəcəklər.

AzərTAc

 





24.11.2015    çap et  çap et