525.Az

Ramilə Qurbanlının "33 pərdəli dram"ı təqdim olunacaq


 

Ramilə Qurbanlının "33 pərdəli dram"ı təqdim olunacaq<b style="color:red"></b>

Tanınmış jurnalist, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı Ramilə Qurbanlının, Azərbaycan Yaradıcılıq Fondunun təşəbbüsü ilə, "33 pərdəli dram" adlı kitabı işıq üzü görüb.

Kitabda R.Qurbanlının vaxtıyla mətbuatda  çap olunan portret yazıları yer alıb.

 Səyavuş Aslan, Telman Adıgözəlov, Yaşar Nuri, Kamal Xudaverdiyev, Həsənağa Turabov kimi dünyasını dəyişmiş sənətkarların ədəbi-publisistik portretləri həm peşəkarlar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabda Rasim Balayev, Fuad Poladov, Mehriban Zəki, Ramiz Novruz, Nurəddin Mehdixanlı haqqında sanballı materiallar yer alıb.

"33 pərdəli dram" kitabına mədəniyyət aləminin tanınmış imzaları Azər Paşa Nemət və İlham Rəhimli ön söz yazıblar. 

Kitab ikihissəlidir və hələlik birinci hissə çıxıb. İkinci hissədə Üzeyir bəy Hacıbəyli, Sabir Əhmədli, Tahir Salahov, Əzizə Cəfərzadə, Elza İbrahimova kimi böyük şəxsiyyətlər haqqında portret yazılar toplanıb.

Noyabrın 28-də saat 15:00-da Akademik Milli Dram Teatrında kitabın təqdimatı və imza mərasimi keçiriləcək.

S.ABDULLAYEVA

 





24.11.2015    çap et  çap et