525.Az

İlham Əliyev: “Xalqımız imkan verməz ki..."


 

İlham Əliyev: “Xalqımız imkan verməz ki..."<b style="color:red"></b> “Azərbaycanda millətlər və dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Bu məsələdə dövlət siyasəti ilə ictimai dəstək vəhdət təşkil edir”.
 
525.az-ın məlumatına görə, bunu noyabrın 24-ü V çağırış Milli Məclisin ilk sessiyasında çıxışı zamanı prezident İlham Əliyev deyib.
 
Dövlət başçısı bildirib ki, V çağırış Milli Məclisin qarşısında yeni çağırışlar durur:
 
“Hələ də problemlər var və əsas diqqət həmin problemlərin həllinə yönəlməlidir. Bu sırada ilk yeri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tutur. Ermənistan münaqişənin nizamlanmasında maraqlı deyil. Beynəlxalq hüquq və tarixi ədalət Azərbaycanın tərəfindədir, münaqişənin həlli ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın”.
 
Prezident vurğulayıb ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik səmərə vermir:

“Bununla belə, diplomatik və siyasi səylər davam etdiriləcək. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi vacibdir”.
 
Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycanın hərbi potensialının gücləndirilməsi prioritetdir:

“Bu, ölkəmizin təhlükəsizliyi üçün vacibdir”.
 





24.11.2015    çap et  çap et