525.Az

Zəlimxan Yaqub: "Böyrəksiz yaşayıram"- (VİDEO)


 

Zəlimxan Yaqub: "Böyrəksiz yaşayıram"- <b style="color:red">(VİDEO)</b>

Bu həftə “Şoubiz” 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirən və hər iki böyrəyi çıxarılan xalq şairi Zəlimxan Yaqubun səhhəti ilə maraqlanıb.

Hər zaman oxucularına müsbət enerji bəxş edən Zəlimxan Yaqub səhhəti ilə bağlı sualları cavablandıraraq narahatlığa son qoyub.

Davamlı olaraq müalicə alan Azərbaycanın xalq şairi Zəlimxan Yaqub müayinə üçün getdiyi Almaniyadan qayıdıb. Daim öz şeirləri, poemaları və dərin fəlsəfi fikirləri ilə oxucuları düşündürən xalq şairi Zəlimxan Yaqub öz səhhəti haqda ANS-ə müsahibə verib:

"İki böyrəyim yoxdur, böyrəksiz yaşayıram. Həm Azərbaycanda, həm Almaniyada yaxşı müalicələr alıram. Hər şey yaxşılığa doğru gedir. Hələ mənim böyrək köçürülməmə 7-8 ay var. Həkimlər 2 il müddət qoymuşdular, onun da 1 il 3-4 ayı gedib, qalan aylarda da müalicə almalıyam ki, köçürülmə rahat olsun. Əminəm ki, Allah qoysa həkimlərin zəhməti itməyəcək, nəticə də gözəl olacaq”.

Artıq iki ildir müxtəlif ölkələrdə müalicə alan sevimli şairimiz özünü yaxşı hiss etdiyini deyib.

Onu da qeyd edək ki, Zəlimxan Yaqubun müalicəsi dövlət tərəfindən maliyyələşir.

anspress


 





15.01.2013    çap et  çap et