525.Az

Naxçıvan və Ufa dövlət universitetləri arasında müqavilə imzalandı


 

Naxçıvan və Ufa dövlət universitetləri arasında müqavilə imzalandı<b style="color:red"></b>

Azərbaycan-Rusiya Universitetlərarası Forumu çərçivəsində Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvi Saleh Məhərrəmovun Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin ilə görüşü olub.

Görüş zamanı elmin, təhsilin inkişafına dair birgə əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdən sonra hər iki ali təhsil müəssisəsi arasında elmi tədqiqat və tədris sahələrində əlaqələrin inkişafına  dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən iki universitet arasında təhsil sahəsində əməkdaşlığın inkişafında müəllim və tələbə mübadilələrinin həyata keçirilməsi, müştərək elmi tədqiqat layihələri, ortaq konfrans, seminar və tədbirlərin keçirilməsi  də xüsusi yer tutur.

İqtisad Universitetinin dekanı ordenlə təltif olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin dekanı, dosent Mənsur Bərxudarov T.Şevçenko adına Kiyev Milli Universitetinin "Şərəf və Şöhrət ordeni" ilə təltif olunub.

Mənsur Bərxudarov iki universitet arasındakı əlaqələrin genişləndirilməsində xidmətlərinə görə bu mükafata layiq görülüb. M.Bərxudarovun məzun olduğu Kiyev Milli Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında 1987-ci ildən əməkdaşlıq əlaqələri mövcuddur. Ukrayna Qəhrəmanı, Kiyev Milli Universitetin rektoru, akademik Leonid Quberskiy isə UNEC-in Fəxri doktorudur.

Vəfa MƏMMƏDLİ

 





24.11.2015    çap et  çap et