525.Az

Dövlət büdcəsi haqqında qanuna dəyişiklik edildi


 

Dövlət büdcəsi haqqında qanuna dəyişiklik edildi<b style="color:red"></b>

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
 
525.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 4,5 milyard manata qaldırılıb.

Dəyişiklik 2015-ci il iyulun 15-dən tətbiq edilir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikasının 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1,5 milyard manat idi.

 





25.11.2015    çap et  çap et