525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Noyabrın 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 7-10, gündüz 14-18 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında noyabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.
 
Havanın temperaturu Aran rayonlarında gecə 1-6, gündüz 12-17, dağlarda gecə 3-8 isti, gündüz 11-16 dərəcə isti olacaq.
 





25.11.2015    çap et  çap et