525.Az

Qırğızıstanda Azərbaycan diasporunu parçalamaq istəyən şəxs ifşa edildi - Fotolar


 

Qırğızıstanda Azərbaycan diasporunu parçalamaq istəyən şəxs ifşa edildi - <b style="color:red">Fotolar</b>

Qırğız Respublikasında 20 min nəfərə yaxın azərbaycanlı yaşayır. Buradakı həmvətənlərimizin əksəriyyəti mənim kimi 1933-1937-ci illərdə Mərkəzi Asiyaya sürgün edilənlərin - repressiya qurbanlarının ailə üzvləridir.

Onların arasında 3 elmlər doktoru, 22 elmlər namizədi, 9 əməkdar xadim (elm, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və ədliyyə), bir sözlə, yüzlərlə hörmətli ziyalı var. Onlardan 3 nəfəri Qırğız Respublikasının “Şöhrət” medalı ilə təltif edilib. Bu nüfuzlu insanlar Qırğızstan Xalqı Assambleyasına daxil olan Qırğızstanda yaşayan Azərbaycanlıların yeganə legitim “Azəri” İctimai Birliyinin üzvləridir. Onlar qürbətdə hörmət qazanaraq Azərbaycanın nüfuzunu uca tutur və ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərini möhkəmləndirirlər.

20 ildən artıqdır, “Azəri” İctimai Birliyi fəaliyyət göstərir. Birlik çoxtərəfli, faydalı ictimai-siyasi, maarifləndirici işlər aparır. Ana dilimizi qoruyub saxlamaq məqsədilə azərbaycanlıların kompakt yaşadığı yerlərdə şənbə-bazar sinifləri fəaliyyət göstərir, Birliyin hesabına məscid tikilib, mütəmadi olaraq Azərbaycanın və Qırğızstanın bayram və anım mərasimləri keçirilir.

2013-cü ildə azərbaycanlıların Qırğızstana sürgün edilməsinin 80 illiyi tamam olmuşdu. Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyi və “Azəri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə bu acı tariximizin ildönümünə həsr olunmuş “Küldən bərpa olunanlar” adlı böyük beynəlxalq konfrans və bir sıra mühüm tədbirlər keçirilmişdi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Qırğızstan xalqlarının dostluq əlaqələrinin möhkəmləndirilməsində misilsiz xidmətləri və “Azəri” İctimai Birliyinin müraciəti nəzərə alınaraq 2014-cü ilin may ayının 16-da Kant şəhərinin Keneşinin (Parlamentinin) 15-ci növbədənkənar sessiyasının qərarı ilə Kant şəhərinin Miçurin küçəsinin adı dəyişilərək Heydər Əliyev adı verilmişdi. 2014-cü ilin iyun ayının 26-da Heydər Əliyev adına küçənin təntənəli açılış mərasimi olmuşdu.

Qardaş Qırğız Respublikasında yaşayan həmvətənlilərimizin səmərəli fəaliyyəti haqqında geniş danışmaq olar, ancaq yazımda məqsədim bu barədə qısa da olsa məlumat verməkdir. Lakin çox təəssüf ki, 70-ci illərin sonunda Azərbaycandan Qırğızıstana köçən Nüsrət Musa oğlu Məmmədov adlı birisi diaspor üzvləri arasında parçalama aparır və yalan, böhtan xarakterli məlumatları Azərbaycan mətbuatında yayır.

Son iki il ərzində N.Məmmədov həm Qırğızstan, həm Azərbaycan mətbuatında Azərbaycan Respublikasının Qırğız Respublikasındaks fövqəladə və səlahiyyətli səfiri cənab Hidayət Orucova qarşı yalan və böhtanlı məlumatlar yayır. Hər bir səfir öz dövlətinin və prezidentinin ölkədəki səlahiyyətli təmsilçisidir. Səfir haqqında belə yalanlar, şərlər yaymaq qəti yolverilməzdir. Hörmətli səfirimiz düzgün olaraq, onun səviyyəsinə enməyərək ona cavab vermir. Çünki biz bilirik ki, Nüsrət kimilərə cavab vermək ona yalnız “şərəf” gətirər və yeni yalanlar, böhtanlar uydurmağa imkan verər. Azərbaycan səfirliyinin möhtəşəm fəaliyyəti həm Azərbaycanda, həm də Qırğızstanda yaxşı bilinir, Məmmədov kimi özünə, Azərbaycanımıza, yaşadığı Qırğızstana hörmət etməyən, necə deyərlər, şərlə və böhtanlarla nəfəs alanlar bunu başa düşə bilməzlər. Çünki səfirlik onun kimi alverçilərin “bazarını” bağlayıb, onun çirkin əməllərinin qarşısını alır, insanları yalan vədləri ilə aldatmağa qoymur, iki qardaş ölkənin münasibətlərinin inkişafı üçün çalışır.

Cənab Hidayət Orucov səfirliyə gələn gündən bütün azərbaycanlıları hörmətlə qəbul edir, onların problemləri ilə maraqlanır və problemlərin həlli ilə ardıcıl məşğul olur. Səfirlik Qırğızstanda akkreditə olunmuş diplomatik nümayəndəliklər arasında ən fəallardan biri sayılır, ölkədə müxtəlif sahələr üzrə gərəkli tədbirlər keçirir, iki qardaş xalq arasında münasibətlərin inkişafı üçün çox işlər görür.

Səfirliyimizə “həsr etdiyi” hər cəfəngiyyatını oxuyanda N.Məmmədovu tanımayan adam elə ilk cümlədən hiss edir ki, o kimdir – hansı tərbiyənin və psixoloji durumun sahibidir. Özünü dərhal təqdim edir. Olduğu kimi.

N.Məmmədov özünü tanıtdığı kimi heç kəs onu təqdim edə bilməz. Axı, özünə hörmət edən, öz ləyaqətini, şərəfini qoruyan hər kəs elə yalanları, böhtanları, təhqirləri, şantajedici, alçaldıcı ifadələri dilinə gətirməz.

N.Məmmədov yeri oldu-olmadı çap etdiyi kitablardan danışır. Onun çap etdiyi hər kitabın arxasında öz maddi marağı dayanır.

N.Məmmədov hər kəsi öz “əməllərinə” cəlb etmək istəyir. O, hətta bizim ağsaqqalımız, ziyalımız, Böyük Vətən Müharibəsinin veteranı, Qırğız Respublikasının əməkdar inşaatçısı Əsəd Həsənovu əsassız günahlandırır. N.Məmmədov, ayıbdır, bitir bu bəd əməllərini, oyunlarını, daha nə qədər qaralayacaqsan səfirliyimizi, Azərbaycanımızı, yaşadığımız bu məmləkəti, insanlarımızı? Biz sənin yerinə utanırıq!

Hələ 2012-ci il mart ayının 29-da, cənab səfir Hidayət Orucov bu vəzifəyə təyin olunmazdan  9 ay əvvəl “Azəri” İctimai Birliyinin o vaxtıkı sədri, Qırğızstanın əməkdar həkimi Akif Alaferdov ilə Əsəd Həsənov N.Məmmədovun çirkin əməlləri ilə bağlı möhtərəm prezidentimiz cənab İlham Əliyevə məktub ünvanlamışdılar (məktubun surəti Birliyimizin arxivində saxlanılır).

N.Məmmədovun belə hərəkətləri diasporumuzun, Azərbaycanımızın nüfuzunu aşağı salır, Azərbaycan xalqını biabır edir, düşmənlərimizin xeyrinə işləyir, ölkələrimiz arasında əlaqələrinə böyük xələl gətirir.

2013-cü il may ayının 20-də Əsəd Həsənov və 2014-cü ilin may ayının 19-da “Azəri” İctimai Birliyinin sədri, Qırğızstanın əməkdar hüquqşünası Əzizağa Əliyev tərəfindən mətbuatda analoji məktublar yayılmışdı. Lakin iki il keçsə də, heç nə dəyişmir və N.Məmmədovun reketçilik fəaliyyəti davam edir.

Biz - repressiya qurbanlarının ailə üzvləri N.Məmmədov kimilərinin Azərbaycan dövlətinin rəsmi dövlət xadimlərinə şər atmasına, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Qırğızıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri cənab Yaqub Eyyubovun şəkilini kütlə qarşısında yandırmağa (“səbəbi” həmsədr Yaqub Eyyubovun Hökumətlərarası Komissiyanın iclasında Heydər Əliyev adına Parkın dövlət səviyyəsində tikilməsini təklif etməsidir) cəhd göstərməsinə qəti etiraz etmişik. Mətbuata verdiyi məlumatlar heç bir çərçivəyə sığmır və onların əsası yoxdur. N.Məmmədov kimilər Qırğızstanda yaşayan bütün xalqların yanında bizi alçaldır.

Heydər Əliyev adına parkın salınması Qırğız Respublikasının Prezidenti cənab Almazbek Atambayevin 2012-ci ilin 30-31 mart tarixlərində Bakıya rəsmi səfəri zamanı qərara alınmışdı və bu parkın təməlini iki ölkənin prezidentləri qoymalıdırlar. N.Məmmədovun parkın tikintisində iştirak etməyə heç bir hüquqi əsası yoxdur. O hesab edir ki, parkın tikintisi üçün onun açacağı hesaba böyük məbləğdə pullar köçürüləcək və o, həmin pulları mənimsəyəcək.

2012-ci il may ayının 11-də Bişkek şəhər meriyasının 135 saylı qərarı ilə Heydər Əliyev adına parkın salınması üçün 5,5 hektar torpaq sahəsi ayrılıb və park ərazisi tikinti başlayana qədər qorunub baxılmaq üçün Bişkek şəhərinin Bələdiyyə Mülkiyyəti İdarəsinə verilib. N.Məmmədov isə ictimai rəydə yanlış fikirlər yaratmağa cəhd edərək qazanc məqsədilə özünü bu işə qatmaq istəyir.

Təsadüfi deyil ki, Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi N.Məmmədovun fəaliyyətini nəzarətə görürərək onun bir çox biabırçı hərəkətlərinin qarşısını operativ şəkildə alıb. N.Məmmədov Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi tərəfindən hələ 2004-cü ildə qaçaqmalçılıq üstündə cinayət məsuliyyətinə cəlb olunub.

N.Məmmədovun digər ağlasığmaz bir əməli də Qırğızstanda Heydər Əliyev adına Fondu qeydiyyatdan keçirməsidir və Fondunun loqotipindən (emblemindən), [email protected] elektron ünvanından və Fondun vizit kartından istifadə etməsidir. Hələ 2007-ci ildə Azərbaycanın rəsmi dairələri işə qarışandan sonra Fondun adı dəyidirildi və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu adlandırıldı. Bu adın özü də bir absurddur. Biri yazsa ki, ingilis, slavyan və ya ispandilli dövlətlərin siyasətinə dəstək fondu yaradıb, biz buna necə baxarıq? Dil üçün də dövlətin siyasətinə dəstək verərlərmi?

Lakin N.Məmmədov öz çirkin niyyətlərindən əl çəkmir, Heydər Əliyev Fondunun adından, loqotipindən, elektron ünvanından və hətta vizit kartından istifadə edir. Hətta iş o yerə çatıb ki, N.Məmmədov “Heydər Əliyev Fondunun prezidenti” kimi 2015-ci il oktyabrın 4-də Qırğızstanda keçirilən parlament seçkilərində deputatlığa namizədliyini irəli sürmüşdü, lakin onun əməlləri Qırğızstanda hər kəsə mlim olduğundan səs toplaya bilməmişdr (şəkilə diqqətlə baxın, N.Məmmədov özünü 3 dildə “Heydər Əliyev Fondunun prezidenti” kimi təqdim edib).

N.Məmmədovun “fəaliyyətinin” əsas istiqamətlərindən biri mətbuatda yalan xəbərlər yaymaq və özünün “gördüyü işləri” göstərməkdən ibarətdir. Bir neçə nəfərlə çayxanada oturub sonra Azərbaycan mətbuatına məlumat verir ki, böyük tədbir keçirib.

O, Bişkek şəhərinin kənarında, öz evinin yanında, yolun qırağında kiçik, əcaib bir köşk qoymuşdu və onun üstündə Heydər Əliyev Fondunun “Heydər Əliyev güşəsi” lövhəsini asmışdı (fotoşəkillər əlavə olunur). Bu hərəkət açıq  hörmətsizlik idi. Səfirlik işə müdaxilə edəndən sonra Bişkek şəhər meriyası həmin lövhəni köşkün üstündən götürdü.

Qeyd edək ki, “Azəri” İctimai Birliyi 2013-cü ilin iyul ayının 27-də Bişkekdə keçirdiyi ümumi iclasında bu məsələ ilə bağlı bəyanat qəbul elədi. Bəyanatda Nüsrət Məmmədovun törətdiyi çirkin əməllər göstərilməklə bu məsələlərə baxılması üçün hökumətə müraciət olundu.

Sultan QASIMOV
Qırğızstan Xalqı Assambleyasına daxil olan Qırğızstanda yaşayan Azərbaycanlıların “Azəri” İctimai Birliyinin idarə heyətinin üzvü

 





25.11.2015    çap et  çap et