525.Az

Türkiyə “Su-24”ün vurulması barədə BMT-ni məlumatlandırdı


 

Türkiyə “Su-24”ün vurulması barədə BMT-ni məlumatlandırdı<b style="color:red"></b> Türkiyə hakimiyyəti Suriya ilə sərhəddə Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin vurması barədə BMT-nin baş katibi Pan Gi Munu və Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələrin hökumətlərini yazılı şəkildə məlumatlandırıb. 
 
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters”ə diplomatik mənbələr məlumat verib. 
 
Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri ötən gün Suriya istiqamətindən sərhədi pozan Rusiyanın “Su-24” bombardmançı təyyarəsini vurub.

İnsident nəticəsində pilotların öldüyü bildirilir, lakin bununla bağlı rəsmi məlumat hələ ki verilməyib. Rusiya tərəfi sərhədi pozmadığını iddia edir.
 
Hadisə rəsmi Moskvanın kəskin reaksiyasına səbəb olub.
 





25.11.2015    çap et  çap et