525.Az

"Türkiyə ilə diplomatik əlaqələri kəsmək lazım deyil"


 

"Türkiyə ilə diplomatik əlaqələri kəsmək lazım deyil"<b style="color:red"></b> Rusiya kommunistlərinin lideri Gennadi Zyuqanov Türkiyə ilə diplomatik əlaqələrin kəsilməsinin əleyhinə olduğunu bəyan edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, G. Zyuqanov Su-24 qırıcının vurulmasından sonra Rusiyanın Türkiyə ilə diplomatik əlaqələrin kəsilməsində məna görmədiyini bildirib.
 
“Fikrimcə, indiki şəraitdə iki ölkə arasında danışıqlar yaxşı nəticə verə bilər", - deyə o qeyd edib.
 
G. Zyuqanovun sözlərinə görə, bəzi kommunistlərin Türkiyə ilə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı təkliflərini partiyanın mövqeyi kimi qəbul etmək düzgün deyil".
 





25.11.2015    çap et  çap et