525.Az

“Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı tədbir keçirildi - Fotolar


 

“Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı tədbir keçirildi - <b style="color:red">Fotolar</b>

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı növbəti tədbirini bu gün Salyan rayonunda keçirib.

Birlikdən 525.az-a verilən məlumata görə, tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycançılıq ideyası müasirliyi və milli-mənəvi dəyərlərə sahib çıxmağı, eləcə də tolerantlığı özündə ehtiva edən ali dəyərdir.

Onun sözlərinə görə, müasir və ənənələrinə sadiq olan müstəqil Azərbaycan dövləti bu gün bu ali dəyəri qloballaşan dünyaya nümunə olaraq təqdim etməkdədir.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qeyd edib ki, Azərbaycanın hər bir bölgəsi istər müharibə, istərsə də atəşkəs dövründə Qarabağın azadlığı uğrunda şəhid verib.

Onun sözlərinə görə, Salyan öz qəhrəman şəhidləriylə Azərbaycan tarixində daim var olacaq.

Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhərrəm Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsinin şöbə müdiri Mürşid Rzayev, rayon ziyalılarının sədri Allahverdi Priyev, əməkdar müəllim Fərqanə Cəbrayılova, Mirəşrəf Ağa məscidinin axundu Ağalar Sadıqov mövzu ətrafında çıxış ediblər.

Qeyd edək ki, tədbirdə Salyan  rayon ictimaiyyətinin nümayəndələri, gənclər fəal iştirak ediblər.

 





25.11.2015    çap et  çap et