525.Az

İncəsənət Universitetinin müəllimi Türkiyədə seminar keçib


 

İncəsənət Universitetinin müəllimi Türkiyədə seminar keçib<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi və doktorantı, bəstəkar-pianoçu Pikə Axundova-Talıblı bu günlərdə İstanbulda, Mimar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservaturunda Bəstəkarlar Forumunda iştirak edib.

Universitetdən verilən məlumata görə, P.Axundova-Talıblı universitetin tələbə, magistr, doktorant və müəllim heyəti qarşısında seminar keçib.

P.Axundova-Talıblının birinci seminarı Xalq artisti, professor Arif Məlikovun həyat və yaradıcılığına həsr olunub. O, bəstəkarın yaradıcılığı üzərində geniş təhlillər apararaq, onun müxtəlif janrlarda yazdığı əsərləri ifa edib.

Bundan əlavə, Bəstəkarlar Forumu çərçivəsində P.Axundova-Talıblının ustad dəsrləri keçirilib. Burada bəstəkarlıq kafedrasının müdiri, professor Hasan Uçarsu, müəllimlər Mehmet Nemutlu, professor Gülper Refig və başqaları iştirak ediblər. Forum iştirakçılarının istəyi ilə P.Axundova-Talıblı öz əsərlərini ifa edib. Bəstəkarın fortepiano konserti, simfoniyası və bir sıra kamera-instumental əsərləri forum iştirakçılarının böyük marağına səbəb olub.

Daha sonra bəstəkarın Azərbaycan musiqi tarixinə həsr olunan seminarı keçirilib. Burada P.Axundova-Talıblı Azərbaycanda şifahi-professional ənənəvi musiqi, bəstəkarlıq məktəbinin yaranması, onun keçdiyi inkişaf yollarının geniş təhlilini aparıb.

Vəfa MƏMMƏDLİ

 





25.11.2015    çap et  çap et