525.Az

Norveçin məşhur etnomusiqi qrupu Milli Konservatoriyada


 

Norveçin məşhur etnomusiqi qrupu Milli Konservatoriyada<b style="color:red"></b>

Milli Konservatoriyada Norveçdən gələn Elen Kaavenin qrupunun konserti baş tutub.

Tədbirin keçirilməsində ən vacib amil iki ölkə arasında mədəni əlaqələrin daha da genişlənməsidir.

Konserti konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi açaraq tədbirin əhəmiyyətindən danışıb.

Tədbirdə Norveçin Azərbaycandakı səfiri Baard İvar Svendsen çıxış edərək ölkələrimiz arasındakı mədəni sahədə mövcud əlaqələrdən danışıb: "Belə mədəni proqramlar bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir".

Gecədə tanınmış musiqiçi Elen Kaavenin ifa etdiyi  "Tree dance", "Ulda allures", "Lynxie", "Gothla", "Heart light" "Demure" "Enya" və s. musiqilər hər kəs tərəfindən hərarətlə qarşılanıb. Elin Kaaveni gitarada Viktor Bomstad müşayiət edib. Tədbirin sonunda səslənən kompozisiya daha böyük marağa səbəb olub. Burada konservatoriyanın müəllim və tələbələri ilə norveçli musiqiçilər eyni səhnəni bölüşüb.
 
Belə ki, Şəhriyar İmanov (tar), Mirələm Mirələmov (vokal), Zülfüqar İsmayılov (tar), Kamran Kərimov (nağara), eləcə də Elin Kaaven və Viktor Bomstadın birgə ifasında orijinal musiqi əsəri təqdim olunub.

S.ABDULLAYEVA

 





25.11.2015    çap et  çap et