525.Az

Türkiyənin Rusiyadakı səfirliyinə hücum olub


 

Türkiyənin Rusiyadakı səfirliyinə hücum olub<b style="color:red"></b>

Türkiyə Cümhuriyyətinin Rusiya paytaxtındakı səfirliyi hücuma məruz qalıb.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün etirazçı kütlə Türkiyənin Rusiyadakı səfirliyinin binasına daş və kartof atıb. Binanın şüşələri sındırılıb, divarları rənglə boyanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Polislər binanı mühasirəyə alaraq etirazçıları ərazidən uzaqlaşdırıblar.

 





25.11.2015    çap et  çap et