525.Az

Vahid Əzizin fikirlərinə münasibət


 

Vahid Əzizin fikirlərinə münasibət<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyi şair Vahid Əzizin bugünlərdə mediada yer alan fikirləri ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir: Noyabrın 23-də Vahid Əzizin 70 yaşı tamam olur. Səhərdən başlayaraq saytlarda Vahid Əzizin açıqlamasıyla Azərbaycan Yazıçılar Birliyinin onu niyə təbrik etməməsi barədə nalayiq bəyanatlar verilir.

Səbirləri çatmır ki, heç olmasa günün ikinci yarısını gözləsinlər. Rəsmi təbrik isə "Ədəbiyyat qəzeti"nin növbəti nömrəsi üçün hazırlanır...

Odur ki, Vahid Əzizin tələsib, təbrikin gecikməsi münasibətilə haray-həşir qaldırmasına, həmişə ona lazımi qayğı göstərən Xalq yazıçısı Anar və Xalq şairi Fikrət Qocaya təhqiramiz sözlər söyləməsinə ancaq təəccüblənirik.

Vahid Əzizi 70 yaşı münasibətilə təbrik edir və gələn yubileylərində hövsələli olmağı arzulayırıq".

 





25.11.2015    çap et  çap et