525.Az

Platini ömürlük futboldan uzaqlaşdırıla bilər


 

Platini ömürlük futboldan uzaqlaşdırıla bilər<b style="color:red"></b>

UEFA-nın prezidenti Mişel Platini ömürlük futboldan uzaqlaşdırıla bilər.
 
Qol.Az-ın məlumatına görə, bu barədə Platininin vəkili Fransa mətbuatına açıqlamasında deyib.

O bildirib ki, UEFA prezidenti FİFA İcraiyyə Komitəsi tərəfindən futboldan birdəfəlik uzaqlaşdırıla bilər.

Adı rüşvət qalmaqalında hallanan Platini haqda araşdırmalara dekabr ayında yekun vurulacaq.
 
Xatırladaq ki, Platini 90 günlük UEFA-nın prezidentliyi vəzifəsindən uzaqlaşdırılıb.

 





25.11.2015    çap et  çap et