525.Az

Luis Enrike: "Onlar tarixə keçdilər"


 

Luis Enrike: "Onlar tarixə keçdilər"<b style="color:red"></b>

"Roma" çətin rəqib idi. Yaxşı günümüzdə idik və fərqli nəticə ilə qalib gəldik. Ən yaxşı səviyyəyə çatmaq üçün zamanımız var, amma yaxşı yoldayıq".

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Roma"ya 6:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O, bu qələbədə "Real" üzərindəki 4:0 hesablı qalibiyyətin önəmli rol oynadığını bildirib:

"El-Klassiko"da qalib gəlməsəydik, "Roma" ilə oyunda nəticə belə olmazdı. Komandada əhval-ruhiyyə yaxşıdır".

L.Enrike komandanın qol silahları Messi, Suares, Neymar haqda da danışıb:

"Messi, Saures, Neymar komandanın qızıl üçlüsüdür. Onlar tarixə keçdilər. Messi qollarla qayıdışı məni çox sevindirdir. Suares isə sanki illərdir "Barselona"da oynayır".

 





25.11.2015    çap et  çap et