525.Az

Zərdabi Mətbuat Mərkəzi Mingəçevirdə tədbir keçirib


 

Zərdabi Mətbuat Mərkəzi Mingəçevirdə tədbir keçirib<b style="color:red"></b>

Zərdabi Mətbuat Mərkəzi və "Kred Aqro" Bank Olmayan Kredit Təşkilatının "Azərbaycanda bank-kredit sektorunun media, debitor və ictimaiyyətlə əlaqələri təcrübəsindən, mövcud durum və həllini gözləyən vəzifələr" mövzusunda  üçüncü - sonuncu regional dəyirmi masası Mingəçevirdə keçirilib.

Tədbirdə  energetiklər şəhərində, Yevlax, Ağdaş rayonlarında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin, bank-kredit sektorunun  təmsilçiləri, debitorlar iştirak ediblər.

Mingəçevir şəhər İcra  Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tofiq Əsgərov tədbirin hər üç sektorun arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinə təsiri imkanlarından danışıb.

Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə məruzəsində bu iki qurum arasında son 4 ili əhatə edən layihələr barədə müfəssəl məlumat verib:
 
"Bu, ölkədə jurnalist təşkilatı ilə bank - kredit sektoru arasında uzun müddətli səmərəli əməkdaşlığın mümkünlüyünü sübut edən əyani nümunədir" - deyən məruzəçi ilk ildə layihəyə paytaxt, daha sonra regional KİV-lərin, debitorların cəlb olduqlarını bildirib. O, stimullaşdırıcı tədbirlərin ölkənin monitorinqi aparılan, 31 müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən KİV-də mövzunun ilbəil daha aktiv, peşəkarlıqla işıqlandırılmasının tendensiya kimi  formalaşmasına təsirinə dair konkret misallar çəkib. 2014-2015-ci illərin  9 ayının müqayisəsində də bunu faktlarla əsaslandırıb. "Kred Aqro" BOKT-nin təchizat və təbliğat üzrə mütəxəssisi Asif Həmzəyev mənsub olduğu qurumun 15 ildə keçdiyi yol barədə məlumat verib.

A.Həmzəyev sonra “Kred Aqro” BOKT-nin  diplomlarını və qiymətli hədiyyələrini fəal debitorlardan  kiçik  sahibkarlar Eldəniz Səfərova, Yaşar Hacıyevə, Məmməd Məmmədova (Mingəçevir), həmçinin Yevlax rayonundan Gülşən Zamanovaya, Murtuz Həsənova təqdim edib.

"Mingəçevir", "Mingəçevir işıqları", Yevlaxın "Kür" qəzetləri və "İqtisadiyyat və həyat" jurnalı  isə Zərdabi Mətbuat Mərkəzinin diplomlarına layiq görülüb.

Pərviz Hüseynov  ("Kred Aqro" BOKT-nin  Mingəçevir filialı), Bəhruz Əhmədov ("Vijn Fond Azerkredit" MMC) və  Mahir Qeybullayev  ("FİNKA" BOKT) bank-kredit sektoru təmsilçiləri adından mükafatlandırılanları təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıblar. Media təmsilçiləri adından isə baş redaktorlar Mirsədi Daşdəmirov ("Mingəçevir"), Fərman Nəbiyev ("Mingəçevir işıqları") və  ("Kür") qəzetinin əməkdaşı Ramiz Həmidov çıxış ediblər. Onlar qarşılıqlı  əməkdaşlığın təkmilləşdirilməsi üçün bir sıra  təkliflər irəli sürüblər.  

 





25.11.2015    çap et  çap et