525.Az

Dillər Universitetində seminar keçirildi


 

Dillər Universitetində seminar keçirildi<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində (ADU) "Post-universitet imkanları: Avropa Kollecində Avropaşünaslıq üzrə Master proqramı" mövzusunda seminar keçirilib.
 
Universitetdən verilən məlumata görə, seminarda ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev və adıçəkilən fakültənin tələbələri iştirak ediblər.

Avropa kollecinin Natolin kampusunun akademik assistenti Pavel Mixalski öz təqdimatında Avropa kollecinin yaranma tarixindən danışıb.

O, adıçəkilən kollecin 1949-cu ildə Haaqa konfransından sonra əsasının qoyulmasından söz açıb.

Avropanın ən qədim və nüfuzlu kolleci sayılan təhsil müəssisəsinin 2 - Brücc (Belçika) və Natolin (Varşava) kampusdan ibarət olduğunu söyləyən Pavel Mixalski tədris prosesinin ingilis və fransız dillərində aparıldığını sözlərinə əlavə edib.
 
O, kollecdə tədris olunan təhsil proqramlarından danışıb və orada çalışan mütəxəssislərin dünyanın müxtəlif ölkələrindən, o cümlədən, ABŞ, İsveç, İspaniya və s-dən olduğunu bildirib.
 
Pavel Mixalski bu kollecdə təhsil alan tələbələrin təhsil müəssisəsinin bir sıra tədbirlərində açılış və bağlanış mərasimlərində iştirak edən dünyanın aparıcı şəxsləri, həmçinin liderləri ilə görüşmək imkanının olduğunu vurğulayıb.

Sonda qonaq kollecə müraciət etmə proseduru haqqında ətraflı məlumat verib.

Daha sonra Avropa kollecinin Natolin kampusunun qrup rəhbəri "The E-platform for neighbourhood" (Qonşuluq platforması) adlı təqdimatla çıxış edib.
 
Layihənin Avropa Birliyi tərəfindən maliyyələşdirildiyini söyləyən Cudita Fiedin bununla bağlı ətraflı məlumat verib.

Seminar tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Vəfa MƏMMƏDLİ

 





25.11.2015    çap et  çap et