525.Az

Bakıda 3 uşaq atası özünü öldürüb


 

Bakıda 3 uşaq atası özünü öldürüb<b style="color:red"></b>

Yanvarın 15-də Bakı şəhərinin Xəzər rayonu ərazisində intihar hadisəsi baş verib.
 
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 18:30 radələrində Mərdəkan qəsəbəsi, E.Səfərov küçəsi 8 ünvanında 1975-ci il təvəllüdlü Səfərov Nadir Maarif oğlunun asılı vəziyyətdə olan meyiti tapılıb.

Məlumata görə, 38 yaşlı N.Səfərov Lerik rayon sakinidir. 3 uşaq atası olan kişi Binə qəsəbəsi, Südçülük sovxozunda kirayə ev tutub qalırmış və Bakıda işləyirmiş.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

 





16.01.2013    çap et  çap et