525.Az

Beş səfir geri çağırıldı


 

Beş səfir geri çağırıldı<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Tofiq Zülfüqarovun ölkəmizin Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

525.az-ın məlumatına görə, dövlət başçısının digər sərəncamları ilə Elxan Qəhrəmanov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri postundan, Məmməd Əhmədzadə ölkəmizin Argentina və eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvay Şərq Respublikasında səfiri vəzifəsindən, Vəhdət Sultanzadə ölkəmizin Türkmənistanda və eyni zamanda Əfqanıstandakı səfiri vəzifəsindən, Zakir Həşimov isə Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırılıb.
 





25.11.2015    çap et  çap et