525.Az

Afaq Məsud beynəlxalq müsabiqənin mükafatçıları sırasında


 

Afaq Məsud beynəlxalq müsabiqənin mükafatçıları sırasında<b style="color:red"></b>

Yazıçı Afaq Məsudun "Mənsur Həllac" əsəri görkəmli türk dramaturqu Haldun Tanərin anadan olmasının 100 illiyi münasibəti ilə keçirilən "Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi"nin üç qalib əsəri sırasındadır.

Mərkəzdən 525.az-a verilən məlumata görə, bu barədə Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlunun yazıçıya ünvanladığı təbrik məktubunda bildirilir:

"Mənsur Həllac" əsəri müsabiqəyə 18 ölkədən daxil olmuş 109 əsər arasından qalib seçilib. Qaliblərin mükafatlandırma mərasimi dekabrın 8-i Türkiyə Mədəniyyət Nazirliyinin "Kiçik teatr" binasında keçiriləcək".

Qeyd edək ki, Türk dünyasının ilk pyes müsabiqəsi olan "Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi" Avrasiya Yazarlar Birliyi, TÜRKSOY və Türkiyə Dövlət Teatrları Müdirliyi tərəfindən, Türkiyə Nazirlər Kabinetinin Təbliğat Fondunun dəstəyi ilə keçirilib.

Müsabiqəyə İran, İraq, Türkmənistan, Dağıstan və digər türkdilli ölkələrlə yanaşı, Qazaxıstandan 16, Qırğızıstandan 11, Azərbaycandan 16, Türkiyədən isə 23 əsər təqdim edilib.

Cavid QƏDİR

 





25.11.2015    çap et  çap et