525.Az

“Azərbaycanda tolerant mühit”


 

“Azərbaycanda tolerant mühit”<b style="color:red"></b> Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icması tərəfindən “Tolerantlıq yurdu-Azərbaycan” layihəsi çərçivəsində noyabrın 24-də “Azərbaycanda tolerant mühit” mövzusunda maarifləndirici tədbir keçirilib.

Komitədən 525.az-a verilən məlumata görə, Xətai rayonu Əhmədli qəsəbə məscidində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Gündüz Süleymanov, Əhmədli qəsəbə məscidi dini icmasının sədri Murad Cəfərov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Gündüz Süleymanov ölkəmizdə tolerantlıq ənənəsinin tarixi və səciyyəvi xüsusiyyətləri barədə iştirakçılara geniş məlumat verib.
 
O, bildirib ki, tolerantlıq dövlət siyasətinin əsas hissəsini təşkil edir ki, ölkəmizdə müxtəlif dinlərin və konfessiyaların nümayəndələri əsrlərdir sülh və qardaşlıq şəraitində yaşayırlar.

Daha sonra Əhmədli qəsəbə məscidi dini icmasının sədri Murad Cəfərov və qəsəbə ziyalıları mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Cavid QƏDİR
 





25.11.2015    çap et  çap et