525.Az

İlham Əliyev ISESKO-nun baş direktorunu qəbul edib


 

İlham Əliyev ISESKO-nun baş direktorunu qəbul edib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

525.az-ın məlumatına görə, ISESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri rəhbərlik etdiyi təşkilatın XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinə göstərdiyi dəstəyə və yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
 
Qonaqların Bakı ilə ilk tanışlıqdan valeh olduqlarını vurğulayan Əbdüləziz Osman əl-Tuveycri paytaxtda gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib.

ISESKO-nun XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinin önəmini vurğulayan dövlətimizin başçısı yüksək səviyyəli qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı imkan yaratdığını vurğulayıb.

Görüşdə Azərbaycan ilə ISESKO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, bu əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı iki ölkə arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





25.11.2015    çap et  çap et