525.Az

Rəşad Məcid: "Mən Türkiyəni Rusiyadan yüz dəfələrlə çox istəyirəm"


 

Rəşad Məcid: "Mən Türkiyəni Rusiyadan yüz dəfələrlə çox istəyirəm"<b style="color:red"></b>

Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid öz feysbuk səhifəsində Türkiyə və Rusiya arasında baş verən son hadisəyə münasibət bildirib.
 
Tanınmış jurnalist Türkiyənin Rusiyadan üzrxahlıq etməli olduğunu deyib:
 
"Türkiyə Rusiyaya üzrxahlıq etməlidir! Yanlış olub, deməlidir! Yalançı patriotluq, süni millətçilik, pafos yeri deyil, beynəlxalq hüquq, sərhəd pozuntusu zəif bəhanələrdir, təskinliklərdir.

Obamanın münasibətindən aydın göründü ki, sifariş hardan gəlib. Son bir neçə yüzillikdə Türkiyə-Rusiya münasibətlərinin bu cür normal səviyyəyə çatması olmamışdı. Bunu sinirə bilməyən qüvvələr bu provakasiyanı etdi. Regiondakı problemlərin çözülməsi Türkiyə və Rusiyanın birgə əməkdaşlığı sayəsində mümkün ola bilər. Buna isə yenə mane oldular”.
 
Qeyd edək ki, baş redaktorun bu açıqlaması sosial şəbəkələrin ciddi müzakirə mövzusuna çevrilib və əksəriyyət R.Məcidi tənqid atəşinə tutub. Hətta bəziləri onu türk düşməni elan edərək öz dostluğundan çıxardığını, bəziləri isə Rusiya sevdalısı adlandıraraq onun ölkədən çıxarılmalı olduğunu bəyan edib.

Məsələyə aydınlıq gətirən R.Məcid "Şərq”ə açıqlamasında qeyd edib ki, bu sözləri kiməsə xoş gəlmək üçün deməyib:
 
"Dünən Türkiyə və Rusiya kanllarını müşahidə etdim. Ona görə də, bu fikirləri səsləndirdim ki, son 3-5 yüz ildə Moskva-Ankara münasibətləri indiki kimi normal olmamışdı.

Bundan başqa düşünürəm ki, regiondakı problemlərin həlli ancaq Rusiya ilə Türkiyənin birgə əməkdaşlığı sayəsində mümkün ola bilər. Bir təyyarənin hansısa kilometrdə sərhəddi keçib-keçməməsinə görə onu vurub böyük problem yaratmağı düzgün hesab etmirəm. Bir az tələskənlik və yanlışlıq olub. Rusiyadakı aqressiyanı görürəm. Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi regionda sabitliyi istəməyən qüvvələrin xeyrinədir. Bəzi populist fikirlərlə çıxış edənlər və bizi Türkiyənin əleyhinə olmaqda günahlandıranlar var.

Hesab edirəm ki, onlar hamısı ötəri düşüncələrdir. Mən Türkiyəni Rusiyadan yüz dəfələrlə çox istəyirəm.

Türkiyəni sevirəm. Türkiyəni sevdiyim üçün də bu fikirləri söyləmişəm”.

Sherg.az

 





25.11.2015    çap et  çap et