525.Az

Hacıbala Abutalıbov “Eurovision” açarını İsveçdə təqdim edəcək


 

Hacıbala Abutalıbov “Eurovision” açarını İsveçdə təqdim edəcək<b style="color:red"></b>

Müsabiqə ötən il Bakıda keçirildiyi üçün açar Bakı şəhər meri Hacıbala Abutalıbov tərəfindən təqdim ediləcək

Yanvarın 17-də İsveçin Malmö şəhərində “Eurovision 2013” ün püşkatma mərasimi keçiriləcək. Lent.az-ın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, əvvəlki illərdə olduğu kimi, bu il də iştirakçılar keçiriləcək püşkatmanın nəticələrinə əsasən, hansı Yarım Final qrupunda çıxış edəcəklərini biləcəklər. Mərasim yerli vaxtla saat 14:00-da Malmö şəhərinin “Old Siti” Zalında keçiriləcək.

Tədbirdə hər bir iştirakçı ölkə püşkatma ilə Yarım Final qruplarından birinə seçiləcək. Həmçinin, püşkatmada birbaşa finalda iştirak edəcək böyük beşlik(İtaliya, Fransa, Böyük Britaniya, Almaniya, İspaniya) və qalib ölkə İsveçin hansı birinci və ikinci yarımfinalda səs verəcəkləri məlum olacaq.

Mərasimdə həmçinin ənənəvi olaraq, “Eurovision” Mahnı Müsabiqəsinin simvolik açarı ev sahibinə təqdim ediləcək. Müsabiqə ötən il Bakıda keçirildiyi üçün açar Bakı şəhər meri Hacıbala Abutalıbov tərəfindən təqdim ediləcək. Bakı şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, Hacıbala Abutalıbov təmtəraqlı mərasimdə iştirak etmək üçün artıq İsveçə yola düşüb.

Qeyd edək ki, bu il ümumilikdə 39 ölkə “Eurovision 2013”-ə qatılacaq. Portuqaliya, Polşa, Slovakiya, Türkiyə, Çexiya, Lixtenşteyn, Yunanıstan, Kipr, Bosniya Herseqovina və Lüksemburq müsabiqədə iştirak etməkdən imtina ediblər. Onların əksəriyyəti yarışmadan çəkilməsinə səbəb kimi iqtisadi böhranı göstəriblər.

 





16.01.2013    çap et  çap et