525.Az

Əbülfəs Qarayev İSESCO-nun mükafatına layiq görüldü


 

Əbülfəs Qarayev İSESCO-nun mükafatına layiq görüldü<b style="color:red"></b>

Noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası çərçivəsində ilk plenar iclas işə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, iclasdan əvvəl ISESCO ilə əməkdaşlığın inkişafına göstərdiyi xidmətlərə görə bir sıra üzv dövlətlərin yüksək vəzifəli şəxslərinə mükafatlar təqdim edilib.

Mükafata layiq görülənlər arasında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də var.

Cavid QƏDİR

 





26.11.2015    çap et  çap et