525.Az

Musiqili Teatrda Yaradıcılıq studiyasının açılışı olacaq


 

Musiqili Teatrda Yaradıcılıq studiyasının açılışı olacaq<b style="color:red"></b>

Dövlət Musiqili Teatrında yenidən fəaliyyətə başlayan Yaradıcılıq studiyasının açılışına hazırlıq gedir.

Studiyanın açılış mərasiminin 2015-ci ilin sonuna qədər keçirilməsi nəzərdə tutulub. Milli teatr mədəniyyətimizin inkişafının təmin edilməsi, gənclərdə musiqili teatra marağın daha da gücləndirilməsi, müasir və milli səhnə sənətimizin hərtərəfli inkişafının istiqamətləndirilməsi məqsədilə yaradılan Yaradıcılıq studiyasının açılış mərasimində gənc rejissor Tamilla Aslanovanın hazırladığı "Uğur" adlı konsert-tamaşa təqdim olunacaq.

Tamaşa iki gəncin həyat yolundan - sevgisindən, bu sevgi uğrundakı fədakarlığından, evlənməsindən, xoşbəxt bir ailəyə sahib olmalarından bəhs edir. Avtobioqrafik janrda hazırlanan bu səhnə əsəri bir çox yeniliklərlə zəngindir.

Qeyd edək ki, Yaradıcılıq studiyasının rəhbəri əməkdar incəsənət xadimi, tanınmış rejissor Əsgər Əsgərovdur. Studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, bir sıra teatrların gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər təmsil olunurlar.

S.ABDULLAYEVA

 





26.11.2015    çap et  çap et