525.Az

“Eurovision-2016”da hansı ölkələr iştirak edəcək?


 

“Eurovision-2016”da hansı ölkələr iştirak edəcək?<b style="color:red"></b>

Stokholmda keçiriləcək “Eurovision-2016” beynəlxalq mahnı müsabiqəsində 43 ölkə iştirak edəcək.

Modern.az bildirir ki, bu haqda müsabiqənin rəsmi saytında məlumat verilib.

Ukrayna bir illik fasilədən sonra yarışmaya qayıdıb. Bosniya və Hersoqovina (bu ölkə axırıncı dəfə 2012-ci ildə yarışmada iştirak edib), Avstraliya (ilk dəfə müsabiqədə 2014-cü ildə iştirak edərək 5-ci yeri qazanıb) da “Eurovision-2016”da iştirak etmək imkanı əldə edib.

Beləliklə, müsabiqədə iştirak edəcək ölkələr bunlardır:

Azərbaycan, Albaniya, Avstraliya, Avstriya, Almaniya, Belarus, Belçika, Bosniya və Hersoqovina, Bolqarıstan, Ermənistan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, İsveç, Fransa, Makedoniya, Gürcüstan, Yunanıstan, Macarıstan, İrlandiya, İslandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Çernoqoriya, Hollandiya, Norveç, Polşa, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, Ukrayna və Böyük Britaniya.

Qeyd edək ki, Türkiyə yenə müsabiqəyə qatılmayacaq.

 





26.11.2015    çap et  çap et