525.Az

“Səadət sarayı”nın adı dəyişdirildi


 

“Səadət sarayı”nın adı dəyişdirildi<b style="color:red"></b>

Azərbaycan Prezidentinin İşlər İdarəsinin strukturunda dəyişiklik edilib

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunda dəyişiklik edilib. APA-nın məlumatına görə, dəyişiklikdə məqsəd idarənin strukturunun təkmilləşdirilməsidir.
 
Dəyişikliyə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində “Qəbələ” İqamətgahı, “Marxal” Müalicə-İstirahət Kompleksi yaradılıb. İdarənin balansına verilmiş “Səadət sarayı” “Rəsmi Qəbullar Sarayı” adlandırılıb. “Qəbələ” İqamətgahına və “Rəsmi Qəbullar Sarayı”na İdarənin şöbəsi statusuna malik olan təşkilatları, “Marxal” Müalicə-İstirahət Kompleksinə və “Azərsuvenir” (Azərbaycan Suvenirləri) MMC-yə İdarənin təsərrüfat hesablı tabeli təşkilatı statusu verilib.
 
Bundan başqa, Prezidentin İşlər İdarəsinin Xüsusi dövlət tədbirlərinin təminatı şöbəsi və Texniki təminat şöbəsi ləğv edilib. İdarənin Təsərrüfat hesablı tabeli təşkilatlarla iş şöbəsi, Prezident Sarayının təminatı şöbəsi və Material təchizatı sektoru yaradılıb.

 





16.01.2013    çap et  çap et