525.Az

Azərbaycanda Milli Mətbuat Muzeyi yaradılıb


 

Azərbaycanda Milli Mətbuat Muzeyi yaradılıb<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Milli Mətbuat Muzeyi yaradılıb.

 APA-nın məlumatına görə, Milli Mətbuat Muzeyinin yaradılması ilə bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib. AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi Kamal Abdulla bildirib ki, Müsəlman Şərqində ilk qəzet məhz Azərbaycanda nəşr olunub. Bolşevik inqilabına qədər Azərbaycan mətbuat tarixi çox mürəkkəb və şərəfli yol keçib. Mətbuat tarixi xalqın intellektual tarixidir və onun öyrənilməsi çox zəruridir. Kamal Abdulla qeyd edib ki, Böyük Britaniya, Türkiyə, Hollandiya və digər ölkələrdə Milli Mətbuat Muzeyləri fəaliyyət göstərir: “Bu muzeylərdə həm həmin ölkələrin, həm də dünya ölkələrinin mətbuat tarixlərinə dair eksponatlar sərgilənir. Həm də bu muzeylərdə insanlar özlərini müxbir və ya redaktor hiss edə, bir günlük qəzet çıxara da bilirlər”.
 
AMEA Rəyasət Heyətinin qərarı ilə Milli Mətbuat Muzeyinin Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yerləşdiyi binada yaradılması qərara alınıb.

 





16.01.2013    çap et  çap et