525.Az

Milli Məclisin komitə rəhbərləri ilə görüşlər keçiriləcək


 

Milli Məclisin komitə rəhbərləri ilə görüşlər keçiriləcək<b style="color:red"></b>

Parlament Jurnalistləri Birliyi (PJB) gələn həftədən etibarən Milli Məclisin yeni seçilmiş komitə rəhbərləri ilə görüşlər keçirəcək.

Bu barədə Modern.az-a PJB sədri Elşad Eyvazlı məlumat verib.

“Milli Məclisdə komitələrin sayı 15-ə çatıb. Qərarlaşdırdıq ki, komitə rəhbərləri ilə jurnalistlər arasında daha sıx əlaqə qurmaq məqsədilə onların görüşünü təşkil edək.
 
KİV nümayəndələri ilə keçiriləcək bu görüşlərdə Milli Məclisin komitə rəhbərlərinə görəcəkləri işlər, qanunvericilik sahəsində edəcəkləri yeniliklərlə bağlı suallar ünvanlanacaq.
 
Diskussiya şəraitində keçiriləcək görüşlərdə komitə rəhbərləri sözsüz ki, jurnalistlərin digər suallarını cavablandıracaqlar”.

Qeyd edək ki, Milli Məclisin komitə rəhbərləri ilə Parlament Jurnalistləri Birliyinin silsilə görüşləri əvvəlki illərdə də keçirilib.

 





27.11.2015    çap et  çap et