525.Az

"Balaca şahzadə" yenidən ekranda - Video


 

"Balaca şahzadə" yenidən ekranda - <b style="color:red">Video</b>

Fransız yazıçı Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsəri (1943) yenidən ekranlaşdırılıb.

525.az-ın xarici KİV-ə istinadən məlumatına görə, məşhur əsərə indiyə qədər çoxlu müzikl, balet, cizgi filmləri çəkilib, kompüter oyunları hazırlanıb.

Həm uşaqlar, həm də böyüklər üçün olan fəlsəfi povesti bu dəfə Hollivud rejissoru Mark Osborn çəkib. O, bundan əvvəl "Kunq-fu Panda"nı çəkərək məşhurlaşıb.

Yeni "Balaca şahzadə" cizgi filminin premyerası 18 martda baş tutacaq. Animasiya filminin səsləndirilməsində ulduzlardan ibarət heyət iştirak edib: Reyçel MakEdams, Marian Kotiyyar, Ceff Brices, Benisio del Toro və başqaları.

 





27.11.2015    çap et  çap et