525.Az

Azərbaycanlı akademikin kitabı Almaniyada nəşr olunacaq


 

Azərbaycanlı akademikin kitabı Almaniyada nəşr olunacaq<b style="color:red"></b>

Dünyanın aparıcı nəşriyyat evlərindən olan Palmarium Academic Publishing akademik Nailə Vəlixanlının “Ибн Хордадбех. Книга путей и стран” (“İbn Xordadbeh. Yollar və məmləkətlər kitabı”) əsərini təkrar nəşr etdirmək haqqında təkliflə müraciət edib.
 
Milli Azərbaycan Tarixi Muzeyinə ünvanlanmış məktubda bildirilir ki, nəşriyyat evi N.Vəlixanlının kitabının elmi əhəmiyyətini nəzərə alaraq onun yenidən çap olunmasında maraqlıdır.

Həmin kitab ilk dəfə 1986-cı ildə Bakıda rus dilində çapdan çıxıb və keçmiş SSRİ məkanında elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib.

Kitab ərəb coğrafiya elminin ilk nümayəndəsi İbn Xordadbehin (IX əsr) əsərinin tərcüməsi və şərhləri əsasında hazırlanıb. Burada Xilafət dövrü Cənubi Qafqaz, Orta Asiya ölkələrinin tarixinə, tarixi coğrafiyasına dair qiymətli məlumatlar verilir.

Palmarium Academic Publishing nəşriyyat evi akademik səviyyəli tədqiqat əsərlərini nəşr etdirir. Təşkilat Amerika Kitab Satış Assosiasiyasının, Böyük Britaniya və İrlandiya Kitab Satış Assosiasiyasının assosiativ üzvüdür.

Nəşriyyat evinin çap etdirdiyi kitablar məşhur şəbəklər, o cümlədən www.amazon.de, www.amazon.co.uk, www.amazon.com,www.bookbutler.de, www.ljubljuknigi.ru vasitəsilə bütün dünyada yayımlanır.

Kitabın 2016-cı ilidə nəşri nəzərdə tutulub.

Cavid QƏDİR

 





27.11.2015    çap et  çap et