525.Az

Gənc Tamaşaçılar Teatrında bir ayda 40 tamaşa - Fotoreportaj


 

Gənc Tamaşaçılar Teatrında bir ayda 40 tamaşa - <b style="color:red">Fotoreportaj</b>

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2015-ci ilin son ayı olan dekabr üçün oynanılacaq tamaşaları təsdiqlənib.

Kollektiv dekabr ayında iki yeni tamaşanı təhvil verməklə bərabər, ümumilikdə ay ərzində məktəblilər və böyük tamaşaçılar üçün 40 adda müxtləif janrlı tamaşalar nümayiş etdirəcək. Məktəblilərin qış tətilini də nəzərə alsaq, əminliklə demək olar ki, Gənc Tamaşaçılar Teatrı Yeni il münasibətilə nümayiş olunacaq tamaşa və əyləncəli proqramları ilə azyaşlı izləyicilərin sevincinə sevinc qatacaq. Iki zəhmətkeş gəncin saf və təmənnasız sevgisindən danışan İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” (04.12.2015, saat 19.00) tamaşası ilə başlayacaq aylıq repertuara insanı nağıllar aləmində hiss etdirən K.Ağabalayevin “Şahzadə Xəzərin nağılı” (05.12.2015, saat  10.00; 12.00), Bakı kəndlərinin namuslu insanlarının həyatından bəhs edən Elçinin “Buzovna kəndinin əhvalatları” (05.12.2015, saat 19.00), Gözəl və Füsnkarın sevgisindən danışan B.Marvinin “Yatmış gözəl”  (06.12.2015, saat 12.00), şagirdlərinin “Sabah”a olan sevgisi haqqında Ə.Əmirlinin “Mən səni sevirəm – MSS”, Lənkəran xanının vəzirinin başına gələn vaqeələr haqqında  M.F.Axundzadənin “Hekayəti-Vəziri-xani-Lənkəran” (09.12.2015, saat 16.00), Gövhərtac və Fərmanın nakam məhəbbətindən bəhs edən Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” (11.12.2015, saat 19.00) daxildir. Həmçinin “Ələddinin sehrli çırağı” (12.12.2015, saat 12.00), III Riçardın taxt-tac hərisliyindən danışan U.Şekspirin “III Riçard” (12.12.2015, saat 19.00), ögey anası və bacısının Fatmanın başına gətirdiklərindən Azərbaycan Xalq nağılı “Göyçək Fatma” (13.12.2015, saat 12.00), füsnkar Pəridən qisasçı Pəri Caduya çevrilən Ə.Haqverdiyevin “Pəri Cadu”su (13.12.2015, saat 19.00), Dilsuzun “Əlincə qalası” (16.12.2015, saat 16.00), yeni premyera S.Elsevərin “Arzu və Murad” (17.12.2015, saat 19.00),  dinə ikili münasibətin sərgiləndiyi Ə.Əmirlinin “Hasarın o üzü” (18.12.2015, saat 19.00) əsəri də bu ay üçün repertuardadır. T.A.Hofmanın “Şelkunçik” (19.12.2015, saat 10.00; 12.00), Romeo və Cülyettanın nakam sevgisindən bəhs edən U.Şekspirin “Romeo və Culyetta” (19.12.2015, saat 19.00), dünyanın ən gözəl qu quşundan danışan H.K.Andersenin “Çirkin ördək balası” (20.12.2015, saat 12.00), İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər”indən eyniadlı tamaşaları da repertuara daxildir.

Yeni il ərəfəsində, dekabr ayının 25-dən 30-dək hər gün saat 10.00, 12.00, 14.00, 16.00, 18.00-da isə balaca tamaşaçılar gənc yazar Pərvinin “Mauqlinin yeni ili” tamaşasını izləyə biləcəklər.

Gənc Tamaşaçılar Teatrı yaşından asılı olmayaraq, hər kəsi öz tamaşalarına dəvət edir.

S.ABDULLAYEVA

 





27.11.2015    çap et  çap et