525.Az

Fizika İnstitutunun əməkdaşı beynəlxalq seminarda


 

Fizika İnstitutunun əməkdaşı beynəlxalq seminarda <b style="color:red"></b> Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu “Darzolaqlı yarımkeçiricilər və yuxarı temperaturlu ifratkeçiricilər” laboratoriyasının əməkdaşı, fizika elmləri doktoru Sədiyar Rəhimov Dağıstan Respublikasının Mahaçqala şəhərində təşkil olunmuş “Maqnit faza keçidləri” mövzusunda XI beynəlxalq seminarda iştirak edib.

İnstitutdan 525.az-a verilən məlumata görə, seminar Rusiya Elmlər Akademiyası (REA) Dağıstan Elmi Mərkəzinin Fizika İnstitutunda təşkil olunub.

Üç gün davam edən seminar REA-nın müxbir üzvü İ.K.Kamilovun 80 illik yubileyinə həsr olunub.

Fizika İnstitutunun əməkdaşı S.Rəhimov seminarda iki məruzə ilə “ Sink elementinin Bi2Sr2CaCu2Ox-in ifratkeçirici xassələrinə təsiri” şifahi və “AgSbSe2 və AgSbTe2-nin elektrofiziki xassələrin xüsusiyyətləri” mövzusunda təqdimat məruzə ilə çıxış edib.

Bu seminar avqustun 24-28-də Rusiyanın Federasiyasının Çlyabinsk şəhərində “Kondensə olunmuş mühitlərdə faza keçidləri, kritik və qeyri-xətti hadisələr” mövzusunda təşkil olunmuş beynəlxalq kofransın davamı olub.

Dörd günlük konfrans çərçivəsində S.Rəhimov iki məruzə ilə “Bi2Sr2Ca0,6Zn0,4Cu2Ox-da fluktuasiayaların ifratkeçirici xassələrə təsiri” mövzusunda şifahi və “Faza keçidi oblastında əlavə fazanın  AgSbTe2-nin elektrofiziki xassələrinə təsiri” mövzususunda təqdimat məruzə ilə çıxış edib.

Cavid QƏDİR
 





27.11.2015    çap et  çap et